"TransLogistica Caspian" sərgisində "Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması" mövzusunda panel keçirilib

22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi ("TransLogistica Caspian") çərçivəsində "Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması" mövzusunda panel təşkil olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, müzakirələr zamanı TRACECA layihəsinin iştirakçısı olan ölkələrin dəmiryol təşkilatlarının tətbiq etdiyi rəqəmsal həllərdən və qarşılıqlı təcrübə mübadiləsindən söz açılıb.
Paneldə iştirak edən "Azərbaycan Dəmir Yolları" QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov ADY-nin yükdaşıma əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində gördüyü işlərdən danışıb, qonşu ölkələrlə effektiv elektron məlumat mübadiləsinin aparıldığını, rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyatların sürətləndiyini bildirib.
Panel iştirakçıları dəmiryol əməliyyatlarının rəqəmsallaşdırılmasının regionda nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirdiyini və yeni imkanlar yaratdığını qeyd ediblər.
Qalereya
Oxşar xəbərlər
Aqressiv büdcə siyasəti və ucuzlaşan neft: Hökumət hansı addımları atacaq?
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti son dəfə 0.34 dollar və ya 0.55 faiz azalaraq 61.83 dollara düşüb. Ötən həftə neftin...
