Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
Səudiyyə Ərəbistanı iyul ayında avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar qaldıracaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə dövlətə məxsus "Saudi Aramco" şirkəti məlumat yayıb.
Nəticədə Şimal-Qərbi Avropadan olan müştərilər üçün "Arab Light" markalı yanacaq "Brent" markalı neftdən bir barel üçün 3,25 dollar, Aralıq dənizi neftindən isə 3,05 dollar baha olacaq.
Eyni zamanda, Asiya ölkələrindən olan alıcılar üçün neftin "yüngül" çeşidləri gələn ay bir barel üçün 0,2 dollar ucuzlaşacaq. Beləliklə, "Arab Light" son dörd ildə minimum səviyyəyə yaxın olan Oman/Dubay neft səbətindən 1,2 dollar baha olacaq.
ABŞ üçün "yüngül" neftin qiyməti bir barel üçün 0,1 dollar azalacaq, digər növlər üçün isə dəyişməyəcək.
Oxşar xəbərlər
Makroiqtisadi sabitlik: Strateji ehtiyatlar artıb, xarici borc azalıb
Azərbaycanın 2026-cı ilin ilk yarısı üzrə makroiqtisadi göstəriciləri açıqlanıb. Hesabat dövründə investisiyalar, qeyri-neft sənayesi, kənd təsərrüfatı, nəqliyy...