Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər və tədarükün qiymətinin razılaşdırılması üzrə danışıqlar yekun mərhələdədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.
"Hazırda danışıqların yekun mərhələsindəyik - qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib.
Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır", - o deyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyadan İrana qaz kəmərinin çəkilməsi layihəsi davam edir, birinci mərhələdə tədarük potensial olaraq 2 milyard kubmetr təşkil edəcək və perspektivdə bunu 55 milyard kubmetrə çatdırmaq imkanı var.
Oxşar xəbərlər
Azərbaycanda banklar birləşəcək? - Açıqlama
Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın perspektivdə ölkənin bank sektorunda yeni birləşmə və satınalmaların mümkünlüyü məsələsinə münasibət bildirib. BAKU.WS APA-...