"Qara qızıl"ın qiyməti 30 dollara qədər enə bilər? - Mütəxəssislərdən açıqlama
Son dövrlər dünya bazarlarında neftin qiymətində kəskin dəyişikliklər müşahidə olunsa da, proqnozlar birmənalı deyil.
Amerika Birləşmiş Ştatlarının "JP MORGAN" investisiya bankının analitikləri bildirirlər ki, 2027-ci ilə qədər "Brent" markalı neftin bir barelinin qiyməti 30 dollara qədər enə bilər.
Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli proqnozları şərh edərək qeyd edib:
"Neft qiymətlərinə dair investisiya banklarının və reytinq şirkətlərinin müxtəlif proqnozları var. Bütün bu təşkilatlar 2026-cı ildə orta neft qiymətinin 2025-ci ildən daha aşağı olacağına dair konsensusdadırlar. Yəni rəqəm fərqliliyi ola bilər. Əsas məsələ ondan ibarətdir ki, 2026-cı ildə neft qiymətlərinin daha ucuz olacağı ilə bağlı hər biri razılaşır. Bunun da səbəbləri və əsaslandırmaları var".
İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, neft bazarı psixoloji amillərə qarşı həssas olsa da, yaxın illərdə qiymətlərə daha çox geosiyasi faktorlar təsir edəcək.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 65 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,74 % artaraq 65,28 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...