Orxan Məmmədov: "Qlobal İnnovasiya İndeksində Azərbaycan 139 ölkə arasında ikinci yerdə qərarlaşıb"

Orxan Məmmədov: Qlobal İnnovasiya İndeksində Azərbaycan 139 ölkə arasında ikinci yerdə qərarlaşıb
İqtisadiyyat 32

"Bu ilin sentyabrında açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycan "Sahibkarlıq siyasəti və mədəniyyəti" göstəricisi üzrə 139 ölkə arasında 2-ci yerdə qərarlaşıb".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu "Güc Biznesdədir - DAYAQ" mükafatının təqdimat mərasimində çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, eyni zamanda, xarici kapitallı şirkətlər arasında aparılmış sorğuya əsasən, KOBİA sosial-iqtisadi inkişafın dəstəklənməsi baxımından dövlət qurumları arasında lider kimi qiymətləndirilib:

"KOBİA olaraq biz daxili idarəetmənin keyfiyyətinə də xüsusi önəm veririk və bu istiqamətdə həyata keçirdiyimiz ardıcıl tədbirlər sahibkar məmnuniyyətinin artırılmasına xidmət göstərir".

Son xəbərlər