"OPEC+" yanvarda neft hasilatını gündəlik 264 min barel azaldıb
"OPEC+" razılaşmasında iştirak edən ölkələr yanvarda neft istehsalını ötən ilin dekabr ayı ilə müqayisədə gündəlik 264 min barel azaldaraq sutkada 37,186 milyon barelə endirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu daha əvvəl tam ixtisar olunmamış hasilatın kompensasiyası nəzərə alınmaqla müəyyən edilmiş plandan gündəlik 643 min barel aşağıdır.
Razılaşmada iştirak edən alyans ölkələri yanvarda gündəlik 23,19 milyon barel hasil edib ki, bu da dekabr ayının göstəricisindən gündəlik 40 min barel yuxarı, lakin icazə verilən hasilat səviyyəsindən gündəlik 22 min barel aşağıdır.
OPEC ölkələrindən iki ölkə - İraq və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) - yanvarda daha əvvəl tam ixtisar olunmamış hasilatı kompensasiya etməli idi. İraq yanvarda istehsalı gündəlik 38 min barel artıraraq gündəlik 4,157 milyon barel hasil edib - bu səviyyə müəyyən edilmiş həddən gündəlik 24 min barel yuxarı olub. BƏƏ hasilatı sutkada 13 min barel artıraraq sutkada 3,389 milyon barelə çatdırıb, lakin kvotadan sutkada 12 min barel aşağı olub.
Əsasən OPEC-ə daxil olmayan, lakin "OPEC+" razılaşmasında iştirak edən ölkələr plandan geri qalıb. Bu göstərici gündəlik 621 min barel təşkil edib.
Bundan əlavə, yanvarda daha əvvəl tam ixtisar olunmamış hasilatın gündəlik 0,5 milyon barelini kompensasiya etməli olan Qazaxıstan istehsal həcmini yanvarda dekabra nisbətən gündəlik 250 min barel azaldaraq sutkada 1,326 milyon barel hasil edib. Lakin bu, müəyyən edilmiş kvotadan gündəlik 260 min bareldən çox olub. Bu artıq həcmi Meksika, Rusiya, Azərbaycan, Malayziya kompensasiya edib.
Oxşar xəbərlər
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balı...