OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq

OPEC+ ölkələrindən neft tədarükü 2023-cü ildəki 50,3 milyon barellə müqayisədə 2050-ci ilə qədər gündəlik 62,9 milyon barelə qədər arta bilər.
"Report" xəbər verir ki, bu barədə OPEC-in "World Oil Outlook" adlı uzunmüddətli proqnozunda deyilir.
Bildirilib ki, OPEC+ üzvü olmayan ölkələr 2030-cu illərin əvvəllərində tədarükün pik həddinə çatacaqlar, OPEC+ isə tədarükü artırmağa davam etməlidir. Proqnoza görə, qlobal neft tədarükündə OPEC+ payı 2023-cü ildəki 49 %-dən 2050-ci ilə qədər 52 %-ə yüksələcək.
OPEC+ üzvü olmayan ölkələr neft tədarükünün 2023-cü ildəki 51,7 milyon bareldən 2029-cu ilə qədər sutkada 58,8 milyon barelə yüksəlməsini təmin edəcəklər. Hasilatı ən çox ABŞ (gündə 2,3 milyon barel) və Braziliya (1 milyon barel) artıracaq.
Bununla belə, 2050-ci ilə qədər OPEC-in proqnozuna görə, OPEC+ üzvü olmayan ölkələrdən neft tədarükü sutkada 57,3 milyon barelə qədər azalacaq.
Oxşar xəbərlər
Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin keçiriləcəyi tarix açıqlanıb
İğdır şəhərində Zəngəzur dəhlizinin əsas komponenti olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək. BAKU.WS "Re...
