"OPEC+" ölkələri dekabrda neft hasilatını gündəlik 197 min barel azaldıb
Neft hasilatının azaldılması sazişində iştirak edən "OPEC+" ölkələri 2025-ci ilin dekabrında hasilatı gündəlik 197 min barel azaldıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilib.
Bundan əlavə, könüllü azalmalar və kompensasiyaları nəzərə alınmaqla plandan gündəlik 784 min barel az neft hasil edilib.
Sazişin icrasından azad edilmiş Liviya, İran və Venesuelanı nəzərə alınmasa, alyans ölkələrinin hasilat həcmi gündəlik 37,437 milyon barel təşkil edib. Dekabrda nəzərdə tutulan bütün könüllü məhdudiyyətlər və kompensasiya qrafiklərini nəzərə alaraq "OPEC+" ölkələri gündəlik 38,221 milyon barel hasil etməli idilər.
Bununla belə, alyans plandan gündəlik 784 min barel az neft hasil edib.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95ABŞ dolları və ya 1,74 % artaraq 113,97ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...