OPEC-in baş katibi: "Bakı dünya neft tarixində bir çox ilklərə imza atıb"
Bakı qlobal neft sənayesinin beşiyi olmaqla yanaşı, dünya neft tarixində bir çox ilklərə imza atmış şəhərdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Heysəm əl-Qaysın Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
O, Bakıya yenidən səfər etməkdən məmnun olduğunu qeyd edib və şəhəri qlobal neft sənayesinin beşiyi, eləcə də bir çox tarixi yeniliklərin müəllifi adlandırıb: "OPEC-in Azərbaycanla münasibətləri əladır və bu əlaqələr Əməkdaşlıq Bəyannaməsi, "OPEC+" prosesi və digər əməkdaşlıq mexanizmləri çərçivəsində illər ərzində daha da möhkəmlənib. 1846-cı ildə Bibiheybətdə dünyanın ilk mexaniki üsulla qazılmış neft quyusu istifadəyə verilib. 1871-ci ildə ilk taxta neft buruğu, 1877-ci ildə isə dünyada ilk neft tankeri də məhz Azərbaycanda yaradılıb".
Oxşar xəbərlər
Bakıda yeni tikili mənzillərin qiymətləri sentyabrda illik 14 %-dən çox artıb
Bu ilin sentyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində illik artım 14,3 % səviyyəsində qeydə alınıb. BAKU.WS "Report"a istinadən xəbər v...