Neftin qiyməti bahalaşmaqda davam edir

Neftin qiyməti bahalaşmaqda davam edir
İqtisadiyyat 96

Neftin qiyməti 5%-dən çox artıb. Dünya bazarında neftin qiymətində kəskin artım qeydə alınıb.

BAKU.WS ticarət məlumatlarına istinadən xəbər verir ki, "Brent crude oil" markalı neftin qiyməti 5%-dən çox, "WTI crude oil" markalı neftin qiyməti isə 6%-dən çox yüksəlib.

ICE birjasında may fyuçersləri üzrə Brent markalı neftin qiyməti Bakı vaxtı ilə saat 13:31-ə olan məlumata görə, bir barel üçün 92,38 dollar təşkil edib ki, bu da 5,22% artım deməkdir.

Eyni vaxtda "New York Mercantile Exchange" birjasında aprel fyuçersləri üzrə WTI markalı neft 88,51 dollara yüksəlib və artım 6,06% olub.

Saat 13:40-a olan məlumatda isə Brent markalı neftin qiyməti 92,49 dollar (+5,34%), WTI markalı neftin qiyməti isə 88,52 dollar (+6,08%) səviyyəsində ticarət olunub.

Məlumata görə, martın 10-da Brent markalı neftin bir bareli 88,10 dollardan yuxarı olub. Qiymətlər əvvəlcə İsrail, ABŞ və İran arasında gərginlik fonunda artmışdı. Lakin Yaxın Şərqdə mümkün deeskalasiya ilə bağlı siqnallardan sonra bazarda müəyyən eniş müşahidə olunub.

Belə ki, martın 10-da ABŞ prezidenti Donald Tramp İranla müharibənin çox tezliklə başa çata biləcəyini deməsindən sonra Brent fyuçersləri 7%-dən çox ucuzlaşmışdı.

Son xəbərlər