Neftin qiyməti bahalaşdı
Dünya neft bazarında Azərbaycanın "Azeri Light" markalı xam neftinin qiyməti artım nümayiş etdirib. Belə ki, bir barelin dəyəri 2,03 ABŞ dolları və ya 2,94 faiz yüksələrək 70,95 ABŞ dollarına çatıb.
BAKU.WS xəbər verir ki, bazar mənbələrinin məlumatına görə, hərracların yekununda "Brent" markalı neftin aprel ayı üzrə fyuçers kontraktları 71,47 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir bareli 2,01 ABŞ dolları və ya 3,03 faiz bahalaşaraq 68,29 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" markalı neftin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında – 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb. Bu marka üzrə hasilat Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi sazişi çərçivəsində aparılır. Layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
Oxşar xəbərlər
SOCAR və "Baker Hughes" quyular üzrə rəqəmsallaşmanın aparılmasını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Baker Hughes" şirkəti arasında quyular üzrə rəqəmsallaşmanın aparılması müzakirə edilib. BAKU.WS bu barədə SOCAR-a is...