Neftin qiyməti ARTDI

Neftin qiyməti ARTDI
İqtisadiyyat 56

Dünya neft bazarında Azərbaycan mənşəli "Azeri Light" markalı xam neft bahalaşıb. Bir barelin qiyməti 1,06 dollar və ya 1,49 faiz artaraq 72,2 ABŞ dollarına yüksəlib.

BAKU.WS xəbər verir ki, məlumatı neft bazarındakı mənbə yayıb.

Hərracların yekununa əsasən, "Brent" markalı neftin aprel fyuçersləri 73,12 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin qiyməti isə 1,13 dollar (1,65 faiz) artaraq 69,78 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta satış qiyməti 65 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum göstəricisi isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu marka üzrə hasilat "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi sazişi çərçivəsində həyata keçirilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

Son xəbərlər