Neft qiymətləri 200 dollara qədər yüksələ bilər

Neft qiymətləri 200 dollara qədər yüksələ bilər
İqtisadiyyat 6

Analitiklər dünya bazarında neft qiymətlərinin kəskin artması ilə bağlı xəbərdarlıq edib. Wood Mackenzie şirkətinin hazırladığı hesabatda ən pis ssenaridə neftin bir barelinin 200 dollara qədər yüksələ biləcəyi qeyd olunur.

BAKU.WS xəbər verir ki, bu barədə "Economic Times" nəşri məlumat yayıb.

Hesabatda əsas risk faktoru kimi Hörmüz boğazında mümkün uzunmüddətli məhdudiyyətlər göstərilir. Bildirilir ki, bu marşrut qlobal enerji tədarükü üçün strateji əhəmiyyət daşıyır və burada yaranacaq fasilələr ciddi iqtisadi nəticələrə səbəb ola bilər.

Wood Mackenzie-nin iqtisadiyyat şöbəsinin rəhbəri Peter Martin bildirib ki, tədarük zəncirində uzunmüddətli pozuntular yalnız enerji böhranı ilə məhdudlaşmayacaq, qlobal iqtisadi aktivliyə də təsir edəcək.

Hesabatda üç mümkün inkişaf ssenarisi təqdim olunub:

-Optimist ssenari: Sürətli siyasi razılaşma nəticəsində Brent markalı neftin 2026-cı ilin sonuna qədər təxminən 80 dollar/barel səviyyəsinə enməsi

-Orta ssenari: 2026-cı ilin üçüncü rübünə qədər enerji bazarında çatışmazlıq və iqtisadi zəifləmə riski

-Pessimist ssenari: Hörmüz boğazının ilin sonunadək qismən və ya tam bağlı qalması nəticəsində neftin 200 dollar/barelədək bahalaşması

Hesabata görə, ən pis ssenaridə tədarükün gündə 6 milyon barel azalmasına baxmayaraq qiymətlərin yüksəlməsi mümkündür. Bu vəziyyət qlobal iqtisadiyyatın təxminən 0,4% daralmasına səbəb ola bilər.

Analitiklər bildirir ki, neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə yaranacaq pozuntular sənaye istehsalı, ticarət axınları və ümumi iqtisadi artım üçün ciddi risklər yaradır.

Mütəxəssislərin qənaətinə görə, Hörmüz boğazında gərginliyin davam etməsi qlobal enerji bazarında qeyri-sabitliyi artırır və neft qiymətlərinin rekord həddə çatması riskini gündəmə gətirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər