Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"

Nazir: İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır
İqtisadiyyat 11

Azərbaycan ilə İslam İnkişaf Bankı (İsDB) Qrupu arasında əməkdaşlıq çərçivəsində kiçik və orta biznesin inkişafı, infrastruktur layihələri və bərpaolunan enerji sahələri prioritet istiqamətlər olaraq qalır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bankın 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafında sənaye istehsalının və bərpaolunan enerji mənbələrinin payının artırılmasına xüsusi diqqət yetirilir: "Kiçik və orta sahibkarlığın gücləndirilməsi bu istiqamətdə əsas prioritetlərdən biridir. Bu, özəl sektorun inkişafı ilə bağlı məsələdir. Maliyyə resurslarına çıxışın genişləndirilməsi və bilik-bacarıqların artırılması istiqamətində birgə fəaliyyət göstəririk".

M. Cabbarov vurğulayıb ki, dövlət sektoru üzrə əməkdaşlıqda da infrastruktur layihələri mühüm yer tutur: "Dövlət-özəl tərəfdaşlığı modellərinin tətbiqi və müasir infrastrukturun inkişafı gələcək dövrdə də diqqət mərkəzində olacaq. Azərbaycanın milli inkişaf prioritetlərinə uyğun strategiyaların hazırlanması və həyata keçirilməsi istiqamətində İsDB etibarlı tərəfdaş olaraq qalır. İsDB təkcə maliyyə tərəfdaşı deyil, həm də ideyaların formalaşdırılması və layihələrin icrası baxımından Azərbaycanın mühüm tərəfdaşlarından biridir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər