Naxçıvanın büdcəsi təsdiq edilib
Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi təsdiq edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Bəxtiyar Məmmədov qanun imzalayıb.
Qanuna əsasən, Muxtar Respublikanın 2026-cı il büdcəsinin gəlirləri 483.178.000,0 manat (o cümlədən, muxtar respublikanın vergilər, rüsumlar və digər ödənişləri 271.550.000,0 manat, Azərbaycan Respublikasının dövlət büdcəsindən daxil olan dotasiya (transfertin yuxarı həddi) 211.628.000,0 manat), xərcləri 483.178.000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 441.623.200,0 manat, yerli gəlirləri 41.554.800,0 manat, mərkəzləşdirilmiş xərcləri 436.628.600,0 manat, yerli xərcləri 46.549.400,0 manat) məbləğində təsdiq edilib.
Oxşar xəbərlər
Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər
Hörmüz boğazı vasitəsilə tədarükün gecikməsi Avropanın mayeləşdirilmiş təbii qaz (MTQ/LNG) idxalını 20,8 milyard kubmetr azalda bilər. Bu barədə Oksford Enerji...