Muxtar Babayev: Azərbaycan Cənub–Cənub əməkdaşlığını gücləndirir

Muxtar Babayev: Azərbaycan Cənub–Cənub əməkdaşlığını gücləndirir
İqtisadiyyat 16

Bakıda "Qlobal Cənub" QHT platformasının yaradılması Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsinə, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformaların yaradılmasına sadiqliyini əks etdirir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörənliyi sayəsində Azərbaycan ardıcıl olaraq dialoqu, çoxtərəfli əməkdaşlığı və inkişaf etməkdə olan ölkələr arasında daha sıx qarşılıqlı əlaqəni irəlilədir.

M.Babayev qeyd edib ki, indiki görüş təkcə mühüm institusional mərhələ deyil, həm də Azərbaycanda COP29 zamanı formalaşan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun davamıdır.

O vurğulayıb ki, platforma sadəcə dialoq məkanı deyil, həm də fəaliyyətin hərəkətverici qüvvəsidir: "Bu gün bu platformanın Bakıda I Baş Assambleyasını keçirməsi bu baxışın reallığa çevrildiyinin aydın təsdiqidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər