Mikayıl Cabbarov omanlı həmkarı ilə görüşüb, mühüm məsələlər müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov omanlı həmkarı Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.
BAKU.WS xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.
O qeyd edib ki, Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüş zamanı iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
"Birgə fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılması, ticarət, bərpaolunan və ənənəvi enerji, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini dəyərləndirdik", - deyə paylaşımda qeyd olunub.
Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri (@SaidAlsaqri) ilə görüş zamanı #iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanlarını nəzərdən keçirdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 18, 2025
Birgə fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyətini… pic.twitter.com/PI90OwjBV2
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı lombard fəaliyyətini tənzimləməyə hazırlaşır
Azərbaycan Mərkəzi Bankı "Lombardlar haqqında" qanunun yeni layihəsini hazırlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konf...