Mikayıl Cabbarov "ACWA Power" şirkətinin baş icraçı direktoru ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ölkəmizdə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icra vəziyyətini nəzərdən keçirilib.
"Su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı inkişaf məqsədləri çərçivəsində gələcək potensial layihələr ətrafında fikir mübadiləsi apardıq. Bu kimi təşəbbüslərin Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı, yüksək texnoloji bilik və innovasiyaların transferi baxımından əhəmiyyətini vurğuladıq", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Brent neftinin qiyməti 110 dolları ötdü
Dünya bazarlarında neftin qiymətində artım qeydə alınıb. BAKU.WS xəbər verir ki, "ICE London" birjasında "Brent" markalı neftin 2026-cı ilin dekabr ayı üzrə fyu...