"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi 15,5 %-ə yüksəlib
Azərbaycanda 2025-ci ilin ikinci yarısında süni intellektdən istifadə səviyyəsi 15,5 %-ə yüksəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sözügedən göstərici ötən ilin birinci yarısında 14,2 % təşkil edib.
Hesabatda vurğulanır ki, qlobal miqyasda süni intellektin tətbiqi artsa da, ölkələr və regionlar arasında rəqəmsal fərqlər qalmaqda davam edir.
Belə ki, 2025-ci ilin ikinci yarısında süni intellektdən istifadə səviyyəsi Gürcüstanda 18,2 % (ötən ilin birinci yarısında bu göstərici 17,3 % olub), Türkiyədə 14,6 % (13,4 %), Qazaxıstanda 13,7 % (12,7 %), Rusiyada 8 % (7,6 %), Ermənistanda 6,6 % (6,2 %), Özbəkistanda isə 6,3 % (5,7 %) olub.
Qeyd edək ki, hesabatda süni intellektdən istifadə göstəricisi generativ AI məhsullarından istifadə edən əhalinin payı əsasında hesablanıb. Hesablamalar zamanı "Microsoft"un anonimləşdirilmiş məlumatları, eləcə də ölkələrin internetə çıxış imkanları və əhali göstəriciləri nəzərə alınıb.
Oxşar xəbərlər
Naxçıvanın altı ayda büdcəsinin gəlirləri 218 milyon manatdan çox olub
2026-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 218,4 milyon manat, xərcləri isə 215,7 milyon manat təşkil edib. BAKU.WS "Repor...