KOBİA-nın sədri “Albayrak İnşaat” şirkətinin baş direktoru ilə görüşüb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Albayrak İnşaat” şirkətinin baş direktoru Yunus Yılmazla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə sədr özünün tviter hesabında məlumat verib.
Onun sözlərinə görə, görüşdə Azərbaycana investisiya qoyuluşu imkanlarına və bu sahədə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.
Qardaş Türkiyənin "@Albayrak İnşaat" şirkətinin baş direktoru Yunus Yılmazla #KOBİA-da görüşməkdən məmnun oldum. Görüşümüzdə Azərbaycana #investisiya qoyuluşu imkanlarına və bu sahədə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi apardıq. pic.twitter.com/RL3oGDga3C
— Orkhan Mammadov (@MammadovOrkh) August 6, 2022

Oxşar xəbərlər
KOBİA Özbəkistanın Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb
İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Özbəkistanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imz...