İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4,5 milyard manat vəsait yönəldilib
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, ayrılan vəsaitin 4 milyard manatı infrastruktur təyinatlı layihələrin, 440 milyon manatı sosial təyinatlı layihələrin, 10 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.
Oxşar xəbərlər
Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır
2027-ci ilin dövlət büdcəsindən xarici yardımlara 33 milyon manat ayrılması nəzərdə tutulur. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ "Azərba...