IRU Azərbaycan və Türkiyəyə sərhəddə yük daşımaları üçün "yaşıl zolaqlar" yaratmağı tövsiyə edir

IRU Azərbaycan və Türkiyəyə sərhəddə yük daşımaları üçün yaşıl zolaqlar yaratmağı tövsiyə edir
İqtisadiyyat 15

Yüklər haqqında elektron ilkin məlumatlandırma alətləri ilə dəstəklənən və gömrük orqanları üçün yüksək təhlükəsizlik səviyyəsini təmin edən yeganə qlobal tranzit sistemi olan TIR sistemi ilə daşınan yüklər üçün "yaşıl zolaqlar"ın yaradılması "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin səmərəliliyini artıra bilər.

BAKU.WS xəbər verir ki, bunu "Report"a müsahibəsində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto bildirib.

U.Prettonun sözlərinə görə, sərhəd keçidinin səmərəliliyini ikiqat artırmaq üçün belə "yaşıl dəhlizlər" sərhədin hər iki tərəfində yaradılmalıdır: "Məhz buna görə də biz Azərbaycan və Türkiyəyə bu etibarlı sadələşdirmə alətindən tam istifadə etmək üçün müvafiq tədbirlər həyata keçirməyi tövsiyə edirik".

O xatırladıb ki, 2025-ci ilin sonunda IRU nümayəndə heyəti İranın Azərbaycan və Türkiyə ilə sərhədlərində üç əsas məntəqədə olub.

"Bəzirgan (İran - Türkiyə), Astara (İran - Azərbaycan) və Biləsuvar (İran - Azərbaycan) sərhəd keçidlərinə səfərlərdə məqsəd zamanla sınaqdan keçirilmiş TIR sistemindən istifadə etməklə təkmilləşdiriləcək potensial istiqamətləri müəyyən etmək üçün mövcud infrastrukturun və gömrük prosedurlarının qiymətləndirilməsi olub.

Aşkar edilmiş əsas problemlərdən biri qonşu ölkələrdən gələn yük maşınlarının qəbul səviyyəsinin aşağı olması olub ki, bu da sərhədlərdə tıxacların yaranmasına gətirib çıxarır", - U.Pretto qeyd edib.

Onun sözlərinə görə, səfərlərin yekunları üzrə iştirakçılar TIR-ə üstünük verilməsinə, o cümlədən TIR nəqliyyat vasitələrinin sərhədi daha səmərəli keçməsi üçün "TIR yaşıl dəhlizləri"nin yaradılması barədə razılığa gəliblər.

Bununla yanaşı, operatorların TIR sisteminə çıxışının sadələşdirilməsi, o cümlədən TIR kitabçalarının bilavasitə sərhəd keçidlərində paylanması barədə qərar qəbul edilib. Eyni zamanda, TIR-in tətbiqində çətinliklər müəyyən edilib, TIR assosiasiyaları və onların yerli bölmələri vasitəsilə müvafiq maraqlı tərəflər üçün potensialın artırılması tədbirlərinin keçirilməsi ilə bağlı razılıq əldə olunub", - IRU baş katibi vurğulayıb.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər