İrandan Azərbaycana məhsul idxalında problem yaşanır?
İran və İsrail arasında son günlər yaşanan gərginlik sözsüz ki, İran iqtisadiyyatına və ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək.
Bəs hazırda cənub qonşumuzun müharibə şəraitində olması bazara necə təsir edib? İrandan gələn məhsullar bahalaşıbmı? Ümumiyyətlə məhsulların idxalında hansısa problem varmı?
BAKU.WS xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlər artmasa da artıq bəzi məhsulların idxalı dayanıb.
İqtisadçı ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, İsrail və İran arasında yaşanan gərginlik Azərbaycan-İran arasında olan idxal-ixrac prosesində fasilələr yaradacaq.
İqtisadçı əlavə edib ki, İrandan ölkəmizə idxal olunan məhsulların 30%-dən çoxu qida məhsullarıdır.
Ekspertin sözlərinə görə, İran-İsrail gərginliyi uzunmüddətli davam edərsə İrandan idxal imkanları məhdudlaşacaq, idxal olunan məhsullar bahalaşacaq.
Oxşar xəbərlər
Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər
Hörmüz boğazı vasitəsilə tədarükün gecikməsi Avropanın mayeləşdirilmiş təbii qaz (MTQ/LNG) idxalını 20,8 milyard kubmetr azalda bilər. Bu barədə Oksford Enerji...