İran satılmayan nefti köhnə tankerlərdə saxlayır
İranın neft sektoru ciddi çətinliklərlə üzləşib. ABŞ sanksiyaları və dəniz blokadası səbəbindən ixrac imkanları məhdudlaşıb, hasilat isə dayandırıla bilmir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ölkənin əsas neft mərkəzlərindən biri olan Xarq adasında ehtiyatlar demək olar ki, maksimum həddə çatıb. Bu ada İran neftinin 90 faizindən çoxunun emalı və yüklənməsi üçün istifadə olunur.
Mövcud vəziyyətdə Tehran hökuməti əlavə saxlama imkanları yaratmaq üçün uzun illər istifadəsiz qalan "Nasha" tankerini yenidən dövriyyəyə buraxaraq üzən anbar kimi istifadə etməyə başlayıb.
Mütəxəssislərin hesablamalarına görə, ölkədə cəmi 13 milyon barel həcmində boş saxlama sahəsi qalıb. Gündəlik 1-1,1 milyon barel həcmində neft daxil olduğu nəzərə alınarsa, mövcud ehtiyatların 12-13 gün ərzində tam dolacağı gözlənilir.
Ekspertlər bildirir ki, saxlama yerləri tam dolarsa, İran ya hasilatı kəskin azaltmalı, ya da bəzi yataqlarda geri dönməz zədələnmə riskini qəbul etməli olacaq. Xüsusilə su inyeksiyası tətbiq olunan yataqlarda hasilatın dayandırılması uzunmüddətli itkilərə səbəb ola bilər.
Qeyd olunur ki, yaranmış vəziyyət İran iqtisadiyyatı üçün ciddi risklər yaradır və böhran ehtimalını artırır.
Oxşar xəbərlər
Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək
Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun üçüncü günündə, yəni mayın 7-də III Beynəlxalq Aqrar İnnovasiya For...