Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb
2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində valyutalar üzrə bölgüdə müəyyən kənarlaşmalar qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına dair rəyində qeyd olunub.
Sənəddə deyilir ki, Fondun investisiya portfelində valyutalar üzrə bölgüdə 2024-cü il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinin tələblərindən müəyyən kənarlaşmalar müşahidə edilsə də, "Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimat"ın 4.3-cü bəndinə əsasən, 2025-ci il üzrə İnvestisiya Siyasətində nəzərdə tutulmuş dəyişikliklər kontekstində valyutalar üzrə bölgünün tarazlaşdırılması prosedurları həyata keçirilməyib.
2024-cü ilin sonuna ARDNF-nin investisiya portfelində ən böyük pay ABŞ dollarının payına düşüb və bu göstərici 45,9 % təşkil edib.
Halbuki, 2023-cü ildə bu rəqəm 55,5 % olub. Avronun portfeldəki payı ötən il 21,2 % olduğu halda, 2024-cü ildə cüzi azalaraq 21,1 %-ə düşüb. İngilis funt sterlinqinin xüsusi çəkisi isə 5,3 %-dən 4,9 %-ə dəyişib.
Bununla yanaşı, qızılın portfeldəki çəkisində əhəmiyyətli artım qeydə alınıb, 2023-cü ildə 12 % olan bu göstərici 2024-cü ildə 20,6 %-ə yüksəlib. Digər valyutaların ümumi çəkisi də 6 %-dən 7,5 %-ə qədər artıb.
Oxşar xəbərlər
SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb
Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 118 min 695 tona yaxın aviasiya yanacağı (kerosin)...