Gürcüstandan Azərbaycana avtomobil ixracı niyə azalıb?
Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma müşahidə olunur. Bir vaxtlar bu bazara üz tutan azərbaycanlı alıcılar artıq Gürcüstan avtomobil bazarına əvvəlki qədər maraq göstərmirlər.
Bəs buna səbəb nədir?
Məsələ ilə bağlı danışan nəqliyyat üzrə ekspert Eyyub Əliyev Baku TV-yə bildirib ki, son 7-8 ildə vətəndaşlarımız Gürcüstan bazarından daha çox ABŞ, Cənubi Koreya və Yaponiya bazarlarına üz tuturlar.
"Amerika, Cənubi Koreya və Yaponiya kimi ölkələrdən avtomobili internet vasitəsilə sifariş etmək Gürcüstana gedib avtomobil gətirməkdən daha ucuz başa gəlir. Xüsusilə pandemiya dövründən sonra quru sərhədlərinin bağlı qalması 2020-ci ilə qədər zəifləyən bu tədarük zəncirini tamamilə qırdı. İnsanlar artıq qeyd olunan ölkələrdən daha rahat şəkildə avtomobil gətirə bilirlər", - deyə ekspert bildirib.
Oxşar xəbərlər
Azərbaycan və Çin "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatını müzakirə edib
Azərbaycan və Çinin "China Energy" şirkəti arasında "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatı müzakirə edilib. BAKU.WS Energetika Nazirliyinə istinadən xəbə...