Gürcüstan Azərbaycandan kimya məhsullarının alışına çəkdiyi xərci 24 % artırıb
Ötən il Gürcüstan Azərbaycandan 14,22 milyon ABŞ dolları dəyərində kimya və yaxud əlaqəli sənaye məhsulları idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 24 % çoxdur.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 1,76 milyard ABŞ dolları dəyərində kimya və yaxud əlaqəli sənaye məhsulları alıb ki, bu da illik müqayisədə 15 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 386 milyon ABŞ dolları, Almaniyadan 169 milyon ABŞ dolları, Fransadan 152 milyon ABŞ dolları, İsveçrədən 145 milyon ABŞ dolları, Rusiyadan 115 milyon ABŞ dolları dəyərində məhsul alıb.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 1 milyard 529 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib ki, bunun da 11,43 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov İsveçrədə "Coca-Cola" şirkətinin rəsmisi ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərç...