"Google"un Azərbaycanda bazar payı artıb, "ChatGPT"nin isə azalıb
04
may
2026
19:38
"Google" və "ChatGPT"nin Azərbaycan üzrə bazar payı məlum olub.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu ilin aprel ayında "Google"un Azərbaycandakı bazar payı 99.68 faiz təşkil edib.
Məlumata əsasən, bu göstərici aylıq ifadədə 0.09 faiz bəndi artıb.
Bu ilin mart ayında "Google"un Azərbaycan üzrə bazar payı 99.59 faiz idi.
Hesabat dövründə "ChatGPT"nin Azərbaycan üzrə bazar payı isə 0.32 faiz təşkil edib ki, bu da əvvəlki aydakı göstəriciyə nisbətən 0.09 faiz bəndi azdır.
Bu ilin mart ayında "ChatGPT"nin Azərbaycan üzrə bazar payı 0.41 faiz idi.
Oxşar xəbərlər
Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir
İtaliya və Azərbaycan investisiyaların genişləndirilməsi, texnoloji əməkdaşlıq və ticarət əlaqələrinin şaxələndirilməsi hesabına 2025-ci ildə 8 milyard avro ola...