G20 ölkələrinin XİN başçılarının görüşü 30-31 oktyabr tarixlərində keçiriləcək
"İyirmilər qrupu" ölkələrinin xarici işlər nazirlərinin ABŞ-nin sədrliyi ilə görüşü 2026-cı il 30-31 oktyabr tarixlərində keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə XİN-nin G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı məsələləri ilə məşğul olan xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev sosial şəbəkələrdə bildirib.
"Dörd ekspert formatı yaradılıb: ticarət, innovasiyalar, energetika və iqtisadi artım məqsədilə tənzimləmənin aradan qaldırılması. İl ərzində elan edilmiş məsələlər üzrə beş nazirlər konfransı, həmçinin 30-31 oktyabrda XİN başçılarının görüşü keçiriləcək", - o qeyd edib.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...