Elektrikli və hibrid avtomobillərin qiyməti nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA

Elektrikli və hibrid avtomobillərin qiyməti nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Açıqlama
İqtisadiyyat 353

"Bu il qiymətlərin artımı təqribən 20 faiz civarında gözlənilir. Hibrid və elektromobillərə olan güzəştlərin ləğvindən sonra yeni avtomobillərin qiymətində yenidən ciddi dəyişikliklərin olacağı gözlənilir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, ötən ilin sonlarında təqribən ortalama avtomobillər 5 min manat qiymət artımına məruz qalıb:

"Artım tendensiyası 2026-cı ildə yeni qanunvericiliyin tətbiqindən sonra da davam edəcək. Rüsum güzəşti ləğv olunan avtomobillərin qiymətində artım təqribən 20 faiz civarında olacaq.

Bütün istiqamətlərdə bazarda bahalaşma tendensiyası müşahidə olunacaq. Yeddi ildən köhnə olan avtomobillərə aksiz vergiləri tətbiq olunmuşdu. Bu da bazarda müəyyən müddət onlara olan tələbatı azaltmışdı. Amma nəzərə alsaq ki, yeni avtomobillər qiymət artımına məruz qalır, köhnə avtomobillərin qiyməti də sabit qalmayacaq və artımlar labüd olacaq".

Orxan Hüseyn

Son xəbərlər