Dollarla bağlı gözlənilən qərar
18
iyn
2025
23:01
ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, bu diapazon 2024-cü ilin dekabrından qalır.
"İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik azalıb, lakin yüksək olaraq qalır", - məlumatda deyilir.
FED-in qərarı bazar gözləntiləri ilə üst-üstə düşüb. CME birjası tərəfindən hesablanan "FedWatch"in məlumatına görə, məzənnənin saxlanma ehtimalı 99,9 % təşkil edib.
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. BAKU.WS xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda və...