Çexiya 2 ayda Azərbaycandan 170 min tona yaxın neft alıb

Çexiya 2 ayda Azərbaycandan 170 min tona yaxın neft alıb
İqtisadiyyat 16

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Çexiyaya 169 min 841,63 ton xam neft ixrac edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 83 milyon 922,49 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,7 dəfə azdır.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 4,72 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər