"Brent" 104, "WTI" markalı neft 92 dollaradək bahalaşıb

Brent 104, WTI markalı neft 92 dollaradək bahalaşıb
İqtisadiyyat 24

Neft martın 26-sı səhər saatlarında bahalaşaraq ötən gün verdiyi itkiləri bərpa edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:06-ya olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 1,85 ABŞ dolları (1,81 %) artaraq bir barel üçün 104,07 ABŞ dollarına çatıb. Çərşənbə günü kontrakt qiyməti 2,27 ABŞ dolları (2,2 %) ucuzlaşaraq bir barel üçün 102,22 ABŞ dollarına düşmüşdü.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron hərraclarında "WTI" neftinin may fyuçersləri 1,73 ABŞ dolları (1,92 %) bahalaşaraq bir barel üçün 92,05 ABŞ dollarına çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, bu kontraktın qiyməti 2,03 ABŞ dolları (2,2 %) ucuzlaşaraq bir barel üçün 90,32 dollara düşmüşdü.

Nəşr qeyd edir ki, treyderlər Yaxın Şərqdə vəziyyətin inkişafını izləməyə davam edirlər.

Vaşinqton və Tehran arasında danışıqların təşkilinə yönəlmiş səylərlə bağlı siqnallar ötən gün neft qiymətlərinə təzyiq göstərmişdi.

WTI

Son xəbərlər