Bakıda 2,3 milyon manatlıq şirkət ləğv olunur

Bakıda 2,3 milyon manatlıq şirkət ləğv olunur
İqtisadiyyat 64

"ASK Aqro" MMC ləğv olunduğunu elan edib və kreditorların iki ay ərzində tələblərini təqdim etməsi tələb olunur.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tələblər Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanında yerləşən və hazırda ləğv prosesində olan "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə göndərilməlidir.

Qeyd edək ki, "ASK Aqro" MMC 29 may 2018-ci ildə dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Şəki rayonunun Öyrət kəndində, Qarasu ərazisində yerləşir. MMC 2 milyon 325 min 827 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Nizami Əbdürəhim oğlu Zamanovdur. Son reyestr çıxarışı 2025-ci il noyabrın 5-də verilib. Vergilər Xidmətinin məlumatına görə, şirkətin 3 min 667.17 manat məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC ləğv edilərək korporasiyanın müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Son xəbərlər