Azərbaycan büdcədən ayrılan tələbə təqaüdləri üzrə xərci artırıb
01
dek
2017
18:31
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin təhsil bölməsində Təhsil Nazirliyinin "sair xərclər" maddəsi üzrə xərclərin 46 mln. manatının təyinatı dəyişdirilərək "tələbələrə verilən təqaüd" xərc maddəsinə yönəldilib.BAKU.WS-in Report-a istinadla xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib."2018-ci il üçün həmin maddə üzrə xərclər 70 mln. manata çatdırlacaq ki, bu, cari illə müqayisədə 11,3 mln. manat və ya 19,3% çoxdur. Bu da büdcənin müzakirəsi zamanı tələbələrə verilən təqaüdlərlə bağlı sələndirilən anlaşılmazlıqları tam aradan qaldırır", - deyə S.Şərifov əlavə edib.BAKU.WS
Oxşar xəbərlər
Nazir pensiyaların artımından danışdı
Gələn il əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək, bu da müəyyən artımlara səbəb olacaq.BAKU.WS xəbər verir ki, bunu 2018-ci il üzrə dövlət və...