Azərbaycanda qızıl istehsalı 71 faiz artıb
15
may
2025
14:10
Cari ilin yanvar-aprel aylarında qızıl istehsalı 71,2 faiz artaraq 1026,3 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 66,5 faiz azalaraq 64,5 kiloqram olub.
Bundan başqa, hesabat dövrü ərzində gümüş istehsalı 21,9 faiz artaraq 1372 kiloqram təşkil edib.
Mayın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artaraq 579,1 kiloqram qeydə alınıb.
Oxşar xəbərlər
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər dənizi akvatoriyasında Rusiyanın "Lukoyl" korporasiyasına məxsus V. Filanovski, Yuri Korçagin və Valeri Qrayfer adı...