Azərbaycanda ictimai iaşə dövriyyəsi 4 %-ə yaxın artıb
27
mar
2026
15:15
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 410,6 milyon manat olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 % çoxdur.
İki ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,7 %-i hüquqi şəxslərin, 50,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 2,6 % artaraq 202,1 milyon manat olub.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...