Azərbaycanda fermerləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı üçün risklərin idarə olunması getdikcə daha böyük əhəmiyyət qazanır.
BAKU.WS-in məlumtına görə, iqlim dəyişikliyi, gözlənilməz hava hadisələri, xəstəliklərin yayılması və iqtisadi itkilər kimi faktorlar fermerlər üçün ciddi təhlükə yaradır.
Məhz buna görə də aqrar sığorta mexanizmləri son illər kənd təsərrüfatı sahəsinin ayrılmaz hissəsinə çevrilib. Dövlət dəstəyi ilə tətbiq olunan bu sistem həm heyvandarlıq, həm də bitkiçilik təsərrüfatlarının qorunmasına imkan yaradır.
Əhatə dairəsinin geniş olması isə fermerlərin istehsal prosesinin müxtəlif mərhələlərini təhlükəsiz şəkildə planlaşdırmasına şərait yaradır. Nazirlər Kabinetinin qərarları əsasında müəyyənləşdirilən bu sığorta təminatı təsərrüfat sahiblərinə həm risklərdən qorunmaq, həm də daha inamlı şəkildə istehsal həcmlərini artırmaq imkanı verir.
Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli BAKU.WS-ə açıqlamasında bildirib ki, mütəmadi olaraq rayonlarda görüşlər keçirilir, aqrar sığorta mexanizmi barədə marifləndirmə işləri aparılır:
"Elə hallar olur ki, fermerlər Aqrar Sığorta Fondunu tam başa düşmür, məhsulları az göstərir və qiyməti tam olaraq bazara uyğun qeyd etmir. Yekunda zərər ödənişi təqdim olunarkən daha az ödəniş alır. Bunun qarşısını almaq üçün rayonlarda daima görüşlər keçirilir və fondun iş mexanizmi barədə mairfləndirmə işləri aparılır".
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, həm heyvandarlıq, həm də bitkiçilik məhsulları üzrə sığorta təminatı müxtəlif təsərrüfat kateqoriyalarını əhatə edir.
Heyvandarlıq üzrə sığorta olunanlar:
– 11-ci gündən 7 yaşa qədər südlük istiqamətli mal-qara (inek və camışlar);
– 11-ci gündən 3 yaşa qədər ətlik istiqamətli mal-qara (danalar);
– 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).
Bitkiçilik üzrə sığorta olunan məhsullar:
– Taxıllar, paxlalılar və yağlı bitkilərdə – dən;
– Lifli bitkilərdə – lif;
– Kök və dib məhsulu verən bitkilərdə – kök və dib hissəsi;
– Yarpaq məhsulu verən bitkilərdə – yarpaq;
– Meyvəsi yeyilən bitkilərdə – meyvə;
– Yem bitkilərində – bütün yaşıl hissə.
Orxan Hüseyn
Oxşar xəbərlər
"Azeri Light"ın qiyməti 66 dolları ötüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 1,18 % artaraq 66,05 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...