Azərbaycanda 5 ayda orta illik inflyasiya 6 % olub
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,3 % təşkil edib.
BAKU.WS xəbər verir ki, "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən bildirir.
Məlumata görə, bu ilin may ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 106,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 107,8 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,3 % olub.
Oxşar xəbərlər
Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 29 milyard 730,8 milyon kubmetr qaz nəql edilib. BAKU.WS report-a istinadən xəbər ver...