Azərbaycan xurma ixracını 8 %-ə yaxın artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 30 milyon 913 min ABŞ dollar dəyərində 38 min 605 ton xurma ixrac edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 432 min ABŞ dolları (1,4 %) çox, həcm baxımından isə 3 min 224 ton (7,7 %) azdır.
Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərinin 0,8 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
Oxşar xəbərlər
Nazir müavini: "Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib"
Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat...