Azərbaycan və Türkiyənin Yaxın Şərqdəki quruculuq işlərində mühüm missiyası
Azərbaycanın Suriyaya qaz ixracı geosiyasi əhəmiyyətə malikdir".
Bu sözləri iqtisadçı Xalid Kərimli Baku TV-yə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, bu addım Azərbaycanın Türkiyə ilə eyni məkanda, eyni istiqamətdə strateji əməkdaşlıq apardığını təsdiq edir.
"Bizim Suriyaya qaz ixracımız həm də Türkiyə ilə əməkdaşlığımızın yüksək səviyyədə olduğunu göstərir, çünki qaz ixracı Türkiyə üzərindən həyata keçirilir və Suriya üçün böyük əhəmiyyət kəsb edir", - deyə X.Kərimli vurğulayıb.
İqtisadçı, həmçinin bildirib ki, Suriyanın bərpası prosesində Azərbaycanın atdığı bu addım həm cəsarətli, həm də strateji əhəmiyyət daşıyır.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...