Azərbaycan Türkiyədən meyvə və tərəvəz məhsullarının idxalına çəkdiyi xərci 25 %-dən çox azaldıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 2,861 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 % azdır.
Təkcə fevralda isə Türkiyə Azərbaycana 1,584 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 29,8 % azdır.
İki ayda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 12,1 % azalaraq 410 milyon ABŞ dollarına, fevralda isə 14,8 % azalaraq 199 milyon ABŞ dollarına enib.
Oxşar xəbərlər
ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub
ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb...