Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlayıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 12,82 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % azdır.
Təkcə fevralda isə Türkiyə Azərbaycana 6,491 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 27 % azdır.
Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,3 % artaraq 5 milyard 980 milyon ABŞ dollarına, fevralda isə 4,7 % azalaraq 2,981 milyard ABŞ dollarına enib.
Oxşar xəbərlər
Azərbaycan və Çad iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Tahir Hamid Nguilin ilə görüşüb. BAKU.WS xəbər verir ki, bu ba...