Azərbaycan "OPEC+" çərçivəsində əməkdaşlıqda əsas məqsədlərini açıqlayıb
Qlobal neft bazarında tələb və təklif arasında balansın qorunması Azərbaycanın "OPEC+" çərçivəsində əməkdaşlıqda əsas məqsədlərindən biridir.
BAKU.WS report-a iatinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq on ilə yaxındır Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı kimi "OPEC+" platformasında qlobal neft bazarının sabitliyinin təmin olunmasına fəal və məsuliyyətli şəkildə töhfə verir: "Əsas məqsədimiz tələb və təklif arasında balansın qorunmasıdır. Bu, OPEC+ çərçivəsində əməkdaşlığa sadiqliyimizin aydın göstəricisidir. Azərbaycan bundan sonra da OPEC+ çərçivəsində qlobal enerji bazarında sabitliyin qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verməyə davam edəcək".
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 125 dolları ötüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,73 % artaraq 125,19 ABŞ dolları təşkil edib. Bu barədə BA...