Azərbaycan Mərkəzi Bankı 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "PAŞA Sığorta", "Qala Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lərə icrası məcburi göstəriş verib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun həyata keçirdiyi araşdırma və sığorta bazarının ümumi monitorinqi zamanı adı çəkilən şirkətlərin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta hadisələri tənzimləyərkən "Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda"nın müvafiq bəndlərinə əməl etmədiyi üzə çıxıb.
Müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı "Sığorta fəaliyyəti haqqında" qanunun 102.2.9-cu maddəsinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.
Oxşar xəbərlər
Gürcüstanın Azərbaycandan pendir və kəsmik alışına çəkdiyi xərci 6 dəfəyə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 343,2 min ABŞ dolları dəyərində pendir və kəsmik idxal edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...