Azərbaycan manatı ilə bağlı MÜHÜM AÇIQLAMA - Bu hal ilk devalvasiyası ərəfəsində qeydə alınıb
Bu ilin avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3 bənd təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd, ilin əvvəlinə nisbətən 0,2 bənd, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə isə 0,39 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...