Azərbaycan İraqa heyvan yemi satışından gəlirini artırıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində 47 min 590 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) ixrac edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 75 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 3,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 24 % çox) 16 min 987 ton (+29 %), Tacikistana 2 milyon ABŞ dolları dəyərində 9 min 766 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (-2 %) 8 min 475 ton (-11 %), İraqa 1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 5 min 835 ton (+2,6 dəfə), İrana 703,6 min ABŞ dolları dəyərində (+2 dəfə) 3 min 577 ton (+97 %) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 30 min 913 ton heyvan yeminin 49 %-i Türkiyənin, 33 %-i Gürcüstanın payına düşüb.
Oxşar xəbərlər
Nazir müavini: "Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib"
Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat...