Azərbaycan İran və Rusiyaya pambıq tədarükünü kəskin artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 92,96 milyon ABŞ dolları dəyərində 67 min 346 ton pambıq mahlıcı ixrac edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 64 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 89,76 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstərici ilə müqayisədə 56 % çox) 64 min 855 ton (+67 %), İrana 3 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 2 min 364 ton (+2,6 dəfə) və Rusiyaya 174 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 126 ton (+6 dəfə) məhsul satıb.
2025-ci ildə Azərbaycandan ixrac edilmiş 109 min 295 ton pambıq mahlıcının 95,4 %-i Türkiyənin payına düşüb.
Oxşar xəbərlər
Rusiyadan Ermənistana göndərilən propan və gübrə Biləcəridən yola salındı
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 14 vaqonda ümumi çəkis...