Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 1 milyard 297,7 milyon manat vəsait yönəldilib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,2 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 1 milyard 252,2 milyon manatı (96,6 %-i) Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala ümumiyyətlə 5 milyard 69,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az investisiya yatırılıb. Son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 22,7 % azalıb, qeyri neft-qaz sektoruna isə 5,3 % artıb. //Report.az
Oxşar xəbərlər
Peşə Təhsil Mərkəzi ilə "Bayraktar Teknoloji Azərbaycan" arasında Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzi ilə "Bayraktar Teknoloji Azərbaycan" MMC arasında kadr ha...