Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi - RƏQƏMLƏR

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi - RƏQƏMLƏR
İqtisadiyyat 26

2025-ci ilin yanvar-may aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 523 milyon dollar təşkil edib.

BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Azərbaycan qonşu ölkənin ümumi ticarət dövriyyəsində 5,3% payla 6-cı ən iri tərəfdaş olub.

Gürcüstan Azərbaycana 282,3 milyon dollarlıq məhsul ixrac edib ki, bu da ötən illə müqayisədə 12,4% artım deməkdir. İdxal isə 2,7% azalaraq 240,6 milyon dollar olub. Azərbaycan, Gürcüstanın ixracında 3-cü, idxalında isə 6-cı yerdə qərarlaşıb.

Son xəbərlər